reklam
Təbrizdə yer yerindən oynayacaq -
Sportfm.az xəbər saytı

Təbrizdə yer yerindən oynayacaq -"Persopolis" gəlir!


Təbrizin şanlı “Traxtur” komandası İran liqasının 28-ci həftəsində turnirin ən prinsipial görüşlərindən birinə hazırlaşır.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin hazırkı lideri olan Tehranın “Persepolis” komandasını qonaq edəcək.

Görüş mayın 1-də, Bakı vaxtilə saat 17:30-da Təbrizin “Səhənd” stadionunda başlayacaq.

“Traxtur” tərəfdarları çərşənbə günü keçiriləcək görüşdə aktiv iştirak edəcəklərini açıqlayıblar. Artıq Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan komanda tərəfdarları Təbrizə gəlməyə hazırlaşır. Çərşənbə günü keçiriləcək görüş bütün futbolsevər soydaşlarımızın diqqət mərkəzindədir.

Kritik oyunu Cənubi Azərbaycanın mətbu orqanı olan “Günaz”ın TV kanalından canlı izləyə bilərsiniz.

Oxşar xəbərlər

Təbriz klubları turu xalsız başa vurdu
“Traktorsazi”nin adı dəyişdirilir
Con Toşak Azərbaycan klubuna başçılıq edəcək! - Bir şərti var
Azərbaycan klubu hərraca çıxarılır
"Traktorsazi"dan müraciət: “Yaşasın Azərbaycan!" - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər