reklam
Mədətov 30-a het-triklə çatdı
Sportfm.az xəbər saytı

Mədətov 30-a het-triklə çatdı


Topaz Premyer Liqasının 2018/19 mövsümündə üçüncü het-trik qeydə alınıb.

Sportfm.az xəbər verir ki, bu, XXVII turun “Qarabağ” – “Səbail” görüşünə təsadüf edib. Komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda üç qol vuran Mahir Mədətov mövsümdə ikinci dəfə het-trik müəllifi olub. O, XIII turun “Keşlə”ylə ev matçında da (5:1) üç dəfə fərqlənmişdi. Mövsümün digər het-triki də “Qarabağ” futbolçularının hesabındadır. XIV turun “Zirə”ylə oyununda (6:0) Dani Kintana üç qol vurub.

Mahirin vurduğu ilk top onun üçün yubileylə də əlamətdar olub. Hücumçu Premyer Liqada 30-cu dəfə fərqlənib. Ümumilikdə 32 qol sevinci yaşayan Mədətov 102-ci matçında bu rəqəmə çatıb. O, bütün qollarını “Qarabağ”da vurub.

Oxşar xəbərlər

III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar oldu
Azərbaycan Premyer Liqasında turun oyunçusu müəyyənləşdi
"Qarabağ" - "Keşlə" matçında rekord qeydə alındı
TPL-də ilk dubl, iki yubiley
Yenə “Qarabağ”, yenə Mədətov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər