reklam
Sportfm.az xəbər saytı

"Mançester Siti" Premyer Liqanının çempionu oldu -VİDEO


İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub. 

Sportfm.az xəbər verir ki, sonuncu turda "Mançester Siti" səfərdə "Brayton"a 4:1 hesabı ilə qalib gəlib və çempion olub. "Şəhərlilər" ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə Premyer Liqa çempionluğu qazanıb. 

"Mançester Siti" 98 xalla Premyer Liqanı 1-ci başa vurub. "Liverpul" 97 xalla 2-ci, "Çelsi" 72 xalla 2-ci, "Tootenhem" 71 xalla 4-cü olub. Bu komandalar növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək.  

"Arsenal" 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avropa Liqasının qrupunda oynamaq hüququ qazanıb. 66 xalı olan "Mançester Yunayted" isə 6-cı yerlə kifayətlənib. "Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq. 

"Kardiff Siti", "Fulhem" və "Haddersfild" isə Premyer Liqanı tərk ediblər. 

"Brayton" - "Mançester Siti" - 1:4

Qollar: Murrey, 27 - Aquero, 28, Lapor, 38, Mahrez, 63, Gündoğan, 72

Oxşar xəbərlər

İngiltərə Premyer Liqasında möhtəşəm sonluq - "Mançester Siti" çempiondur
"Çelsi" mançesterlilərə imkan vermədi - Premyer Liqa
Rəhimli "Mançester Siti" rəhm etmədi - Premyer Liqa
Ardıcıl 7-ci qələbələrini qazandılar
"Mançester Siti"dən səfər qələbəsi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər