reklam
Jurnalisti öpən idmançıya hökm oxundu
Sportfm.az xəbər saytı

Jurnalisti öpən idmançıya hökm oxundu


Bolqarıstanlı boksçu Kubrat Pulev pul cəriməsinə məruz qalıb.

Sportfm.az xəbər verir ki, buna səbəb onun qadın jurnalisti dodağından öpməsi olub.

Məsələ burasındadı ki, ABŞ-da keçirilən bir döyüşdən sonra Cennifer Ravaloya müsahibə verən boksçu gözlənilmədən onu öpüb. İdmançı bu hərəkətinə görə, məhkəmə qarşısına çıxıb. Pulev jurnalistin bu durumdan narazı qalmadığını və həmin anda onun kürəyindən tutduğunu söyləyərək, özünü müdafiə edib.

Buna baxmayaraq, Kaliforniya Atletika Komissiyası peşəkar boksçunu 2500 dollar məbləğində cərimələyib. Bununla yanaşı, komissiya Pulevi təcavüzə qarşı təlim kurslarına cəlb edib.

38 yaşlı Avropa çempionu hərəkətini təkrarlayacağı təqdirdə, ömürlük diskvalifikasiya olunacaq.

Oxşar xəbərlər

Ölən boksçu qızıl medala layiq görüldü
ŞOK - Dadaşov dünyasını dəyişdi
Dünya çempionu həbs edildi - SƏBƏB
Boksçu canlı yayımda jurnalisti öpdü - VİDEO
Futbolçu jurnalistdən 100 min dollar istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər