Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"də daha bir təyinat
Bakının "Neftçi" klubunda yeni təyinat gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, Vüqar Əliyev klubda tərcüməçi vəzifəsini yerinə yetirəcək. Gənc tərcüməçi 2011-ci ildən "Bakı" klubunda çalışıb. 3 il sonra isə bu klubun meneceri vəzifəsinə təyin olunub. Əliyev eyni vaxtda qızlar üzrə Azərbaycan millisinin baş məşqçisi Patrisia Qonzalesin tərcüməçisi də olub. Əliyev üstəlik bir çox xarici oyunlarda, eləcə də Bakıda keçirilmiş U-17 Avropa çempionatında da paytaxta gələn komandalarla işləyib.
Oxşar xəbərlər
“Qəbələ”də yeni təyinat
"Neftçi"də iki yeni təyinat gerçəkləşdi
"Şəmkir "də yeni təyinat - FOTO
"Kəpəz"də yeni təyinat - ÖZƏL
“Neftçi”də yeni simalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası