Bakıda Avropa çempionatının mükafatlandırma mərasimi keçirildi -FOTO
Bu gün Bakıda, Milli Gimnastika Arenasında komanda hesabında (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin və mükafatçlıların mükafatlandırma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, komanda hesabında birinci yerdə Rusiya yığması (216.225 bal), ikinci yerdə Belarus yığması (206.000 bal), üçüncü yerdə isə Bolqarıstan yığması (202.075 bal) qərarlaşıblar. Çoxnövçülükdə gənclər komandaları arasında qrup hərəkətləri proqramında (5 halqa və 5 lent) Rusiya komandası (44.925 bal) birinci yeri, Belarus komandası (42.050 bal) ikinci yeri, İtaliya komandası (41.350 bal) üçüncü yeri tutublar.
Qaliblərə medalları Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti Rudi Hediger, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Marina Lobaç və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.
Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.
Oxşar xəbərlər
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı start götürdü
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək
Bədii gimnastika üzrə Avropa çempionatının püşkü atıldı
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
İtaliya yığması Bakıda birinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası