reklam
Ardıcıl 7-ci dəfə çempion oldular
Sportfm.az xəbər saytı

Ardıcıl 7-ci dəfə çempion oldular


Almaniya Bundesliqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu, "Bavariya"dır. Münhen klubu son turda "Ayntraxt"a 5:1 hesabı ilə qalib gələrək 78 xalla ardıcıl 7-ci, ümumilikdə isə 29-cu dəfə ölkə çempionu olub. Komandanın qollarını Kinqsli Koman, Renato Sançes, Frank Riberi, Aryen Robben, David Alaba vurub.

Son turda Münhenqladbax "Borussiya"sına 2:0 hesabı ilə qalib gələn Dortmund "Borussiya"sı 76 xalla 2-ci pillə ilə kifayətlənib. "Leyptsiq" isə 66 xalla 3-cü olub. Beləliklə, "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq" və 4-cü olan "Bayer" (Leverkuzen) ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanıb. 
Münhenqladbax "Borussiya"sı (5-ci yer), "Volfsburq" (6-cı yer) və "Ayntraxt" isə Avroliqada çıxış edəcəklər.
Qeyd edək ki, Bundesliqa ilə "Nürnberq" və "Hannover" vidalaşıb. "Ştutqart" isə elitada qalmaq üçün pley-off-da oynayacaq.

Oxşar xəbərlər

"Bavariya" 5 qolla qalib gəldi
"Borussiya" zəfər yürüşünü davam etdirir
"Borussiya" xal fərqini qorudu
"Bavariya" əsas rəqibinə məğlub oldu
"Borussiya" ilə Robert başladı, Frank bitirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər