reklam
Messi mövsümü rekordla tamamladı
Sportfm.az xəbər saytı

Messi mövsümü rekordla tamamladı


İspaniya La Liqasının son turunda Eibar-la qarşılaşmada (2:2) dubl edən "Barselona"nın kapitanı Lionel Messi mövsümü bombardir kimi tamamlayıb.

Sportfm.az xəbər verir ki, 36 qolun müəllifi olan argentinalı superulduz ən yaxın izləyicisini 15 top qabaqlayıb.

Bununla Leo sabiq "Real"lı Uqo Sançesin rekordunu yeniləyib. Sançes 1986-87 mövsümündə 34 qolla Piçiçi mükafatını əldə edəndə ən yaxın izləyicisi olan "Barselona"lı Qari Linekeri 20 top üstələyib.

Bu mövsüm bütün turnirlərdə qollarının sayını 50-yə çatdıran Messi karyerasında 6-cı dəfə buna nail olur.

Messi eyni zamanda karyerası ərzində 6-cı dəfə "Qızıl buts" mükafatına yaxındır. Hazırda yalnız PSJ-nin hücumçusu Kilian Mbappenin ona çatmaq şansı var. Fransa çempionatında sona 1 tur qalmış gənc forvard "Barsa"nın kapitanından 4 qol geri qalır.

 

Oxşar xəbərlər

Messi Ronaldonu keçdi
Messi 5-ci dəfə "qızıl buts" mükafatını aldı - FOTO
Messi beşinci dəfə “Qızıl buts”un sahibi oldu
Lionel Messi dördüncü dəfə “Qızıl buts” aldı
Messi 10 ildən sonra...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər