Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançımız erməniyə qalib gələrək bürünc medal qazandı -FOTO
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov İspaniyanın Xixon şəhərindəki sambo üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, döyüş sambosu növündə 82 kq çəki dərəcəsində çıxış edən Abbasov ilk qarşılaşmasında ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.
Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan azərbaycanlı samboçu bürünc medal uğrunda görüşə çıxıb. Ermənistanlı Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.
Oxşar xəbərlər
Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu oldu - Bolqarıstanda
Azərbaycanlı idmançı UFC-dən təklif aldı
Ermənistan himnini boykot edən idmançımız erməni ilə döyüşəcək - VİDEO
İdmançımız Buxarestdə finala qədər gəldi, ancaq...
Samboçularımız Avropa çempionatında bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














.jpg)
Misli Premyer Liqası