reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Vorskla" ilə qarşılaşacaq


"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, iyunun 30-da "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. 

Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq paytaxt təmsilçisi iyunun 20 və 25-də qonşu ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.

Oxşar xəbərlər

"Neftçi"nin ikinci rəqibi müəyyənləşdi
Roberto Bordin nəyə işarə edir? - VİDEO
"Neftçi" Avropa Liqasına Türkiyədə hazırlaşır
"Neftçi"də üzlər gülür - FOTOLAR
"Neftçi"nin birinci sınağı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər