Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisinin üzvü Almaniya klubunda
21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier II Bundesliqa təmsilçisi "Bohum"la müqaviləsini uzadıb.
Sportfm.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.
Barış başa çatan mövsüm II Bundesliqada bir oyun keçirib. Gənc futbolçu ötən ilin dekabrında ürək əməliyyatı keçirmiş və mövsümü erkən tamamlamışdı. Milli üzvü bir müddətdir ki, məşqləri bərpa edib.
Barış Ekincier Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib.
Oxşar xəbərlər
Barış Şimşəklə müqaviləyə xitam verildi - Ayrılıq
"Qalatasaray"da yeni müqavilə
Millimizə namizəd oyunçu 3-cü liqa klubunda - FOTO
Millimizin üzvü Avstriya klubundan ayrıldı - RƏSMİ
Millimizin üzvü Avstriya klubunda - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası