Azərbaycanı Avropa Oyunlarında 80 idmançı təmsil edəcək
İyunun 21-30-da Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 80 idmançı təmsil edəcək. Azərbaycan nümayəndə heyəti ümumilikdə 170 nəfərdən ibarət olacaq.
Sportfm.az xəbər verir ki, bunu mayın 27-də təşkil olunan mətbuat konfransında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Vitse-prezident bildirib ki, komandada 32 məşqçi, 15 inzibati heyət üzvü və 5 tibb işçisi yer alacaq. İdmançılar arasında güləşçilər üstünlük təşkil edirlər.
“İkinci Avropa Oyunlarında 4 min idmançı iştirak edəcək. Atletlər 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Kişilər üçün 91, qadınlar üçün 89, qarışıq 20 yarış keçiriləcək. “Minsk 2019” ikinci Avropa Oyunları idmanın 15 növü üzrə yarışlara ev sahibliyi edəcək. Azərbaycan idmançıları bu yarışlarda idmanın 10 idman növü üzrə yarışlarda mübarizə aparacaqlar”, - deyə Ç.Hüseynzadə bildirib.
Oyunların açılış mərasiminin iyunun 21-də, bağlanış mərasiminin isə ayın 30-da “Dinamo” stadionunda keçiriləcəyini deyən MOK rəsmisi vurğulayıb ki, yarışlar 12 idman obyektində baş tutacaq. İdmançılar tələbə şəhərciyi olan və Oyunlar üçün yenidən hazırlanmış Atletlər kəndində qalacaqlar. Tutumu 6500 yerlik olan Atletlər kəndi mayın 1-dən fəaliyyətə başlayıb. İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək “Ulduz səfir” tituluna Əməkdar artist Tünzalə Ağayeva layiq görülüb.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-cı ildə Azərbaycanda təşkil olunub. “Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.
Oxşar xəbərlər
Avropa Gənclər Yay Olimpiya Festivalına 5 min məktəbli cəlb olundu
Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
İkinci Avropa Oyunlarında nə qədər idmançı iştirak edəcək?
"Çalışacağıq ki, medallarımızın sayı kifayət qədər olsun" - Çingiz Hüseynzadə
II Avropa Oyunlarında çıxış edəcək idmançılarımızın sayı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası