reklam
Bakıda 1,5 milyard avro dəyərində oyun
Sportfm.az xəbər saytı

Bakıda 1,5 milyard avro dəyərində oyun


Sabah Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.

Sportfm.az xəbər verir ki, Bakıda keçiriləcək finalda komandaların ümumi dəyəri 1 milyard 510 min 500 avrodur. 

"Transfermarkt"a görə, "Çelsi"nin dəyəri 885 milyon avrodur. "Arsenal" isə 625 milyon 500 min avroluq heyətə sahibdir. 

Eden Hazard 150 milyon avroluq qiymətlə "Çelsi"nin ən dəyərli futbolçusudur. Nqolo Kantenin 100, Jorjinyonun 65 milyon avro qiyməti var.

Qabonlu forvard Pyer-Emerik Obameyanq 75 milyon avro ilə "Arsenal"da ən bahalı futbolçudur. Aleksandr Lyakazettin 65, Lukas Torreyranın 55 milyon avro qiyməti var. 

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun 23:00-da baş tutacaq.

 

Oxşar xəbərlər

Premyer Liqamızın dəyəri artdı
Ən bahalı heyəti olan klublar - SİYAHI
Dünyanın ən bahalı futbol brendləri - SİYAHI
11,5 milyonluq “Qarabağ”, 554 milyon avroluq “Arsenal”a qarşı
1,7 milyard avroluq oyun - UEFA Super Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər