"Arsenal" azarkeşləri final matçında təxribat edəcək!
Bu gün BakıOlimpiya stadionunda UEFA Avropa Liqasının final matçı keçiriləcək.
Sportfm.az xəbər verir ki, Avroliqanın qalibi olmaq uğrunda İngiltərə klubları - London "Çelsi"si və "Arsenal"ı üz-üzə gələcək. İkincilərin fanatları komandanın heyətində meydanda yer almayacaq erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsindən üzülüblər. Saytımızın əməkdaşının əldə etdiyi məlumata görə, hazırda Bakının küçələrində toplu şəkildə gəzən və şüarlar səsləndirən "Arsenal" fanatları final qarşılaşmasının 7-ci dəqiqəsində fləşmob etməyə planlaşdırırlar. Belə ki, ingilis azarkeşlər qarşılaşmanın 7-ci dəqiqəsində Mxitaryanın maskalarını taxacağı gözlənilir.
Buna səbəb Mxitaryanın London klubunda 7 nömrəli formanı daşımasıdır.
Qeyd edək ki, Azərbaycan futbolçunun təhlükəsizliyinə tam təminat versə də, başqa məqsədlər güdən Mxitaryan Bakıya gəlmədi.
Oxşar xəbərlər
UEFA “Arsenal”a xəbərdarlıq etdi - "Bakıda etirazdan çəkinin!"
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
Henrix Mxitaryan Bakıya gətiriləcək?
"Arsenal" Mxitaryanın Bakıya gəlişi məsələsini həll etdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası