Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazandı
Türkiyə milli komandasının əslən azərbaycanlı atleti Ramil Quliyev növbəti medalını qazanıb.
Sportfm.az xəbər verir ki, 29 yaşlı idmançı İsveçin paytaxtı Stokholmda keçirilən Brilliant Liqasının üçüncü mərhələsində gümüş medal qazanıb.
O, 200 metr məsafəyə 20,40 saniyəyə qaçıb. Quliyev ötən il eyni yarışda 19,22 saniyə ilə birinci yeri tutmuşdu.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə yığmasının heyətində 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.
Oxşar xəbərlər
Ramil Quliyev bu dəfə medalsız qaldı - Brilliant Liqa
Ramil Quliyev qitələrarası dünya çempionatında ikinci oldu
Ramil Quliyev Avropa çempionu oldu
Ramil Quliyev Brilliant Liqada ikinci oldu
Ramil Quliyev “Diamond League”də qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası