Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sabiq "Qarabağ"lı Super Liqada
Türkiyə Super Liqasına vəsiqə qazanan üçüncü komanda bəlli olub.
Sportfm.az xəbər verir ki, I Liqanın pley-off mərhələsində "Hatayspor"la "Qaziantep BB" qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.
Penaltilər seriyasında "Qaziantep BB" qalib olub və komanda Super Liqaya vəsiqə qazanıb.
Qaziantep təmsilçisinin baş məşqçisi Mehmet Altıbarmaq ötən mövsüm "Ərzurumspor"u Super Liqaya yüksəltmişdi.
Daha öncə "Dənizlispor"la "Gənclərbirliyi" Super Liqaya yüksəlmişdi.
Qeyd edək ki, 2015-ci ildə "Qarabağ"da çıxış etmiş Raydell Pupon "Qaziantep BB" klubunda çıxış edir. Matçda sonadək oynayan hücumçu mövsümü 9 qolla tamamlayıb.
Oxşar xəbərlər
Ramil Şeydayev Super Liqada çıxış edə bilər
53 yaşı olan klub ilk dəfə yüksək liqada oynayacaq - Super Liqa
Dəqiqləşdi - yığmamızın futbolçusu Super Liqada çıxış edəcək
"Qarabağ"ın sabiq üzvü Qaziantep klubunda
Super Liqaya yüksələn klubların adları müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası