reklam
Türkiyə klubunun futbolçusu
Sportfm.az xəbər saytı

Türkiyə klubunun futbolçusu "Atletiko"ya keçdi -14 milyon avroya


"Fənərbaxça"nın 2017-ci ildə 180  min avro müqabilində "Rabotniçki"dən heyətinə qatdığı Elif Elmas karyerasını İspaniyada davam etdirəcək.

Sportfm.az xəbər verir ki, İspaniya La Liqasında mübarizə aparan "Atletiko" 19 yaşlı futbolçunun transferi üçün "Fənərbaxça" ilə razılığa gəlib. Orta sahə futbolçusu ilə hərtəfəli razılıq əldə edən Madrid klubu, bu keçid üçün "bülbüllər"ə 14 milyon avro ödəyəcək.

"Atletiko" rəsmilərinin bir neçə gün sonra İstanbula gedəcəyi və bu transferi yekunlaşdıracağı deyilir.

"Mançester Siti", "Tottenhem", "Napoli" və "İnter" kimi klubların da yaxından maraqlandığı futbolçu, bu mövsüm iştirak etdiyi 40 oyunda 4 qolla yadda qalıb.

Oxşar xəbərlər

2020-ci ilin ən bahalı 10 transferi - SİYAHI
Bu yayın ən bahalı 10 transferi - SİYAHI
"Fənərbaxça"dan supertransfer - 180 minlik oyunçunu 18 milyona satır
Bu yayın ən bahalı transferləri - SİYAHI
"Mançester Siti" tarixinin ən bahalı transferi reallaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər