Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zaur Ramazanov qızlara mükafat təqdim etdi -FOTOLAR
AFFA-nın təşkil etdiyi U-16 qızlar Liqasında 2018/2019-cu il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların və müxtəlif nominasiyalar üzrə fərqlənmiş futbolçuların mükafatlandırılması mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, U-16 qızlar Liqasının qalibi 8 №-li İOEUGİM (Bakı) komandası olub. “Gənclik” (Şəki) ikinci, “Qubek” (Balakən) isə üçüncü yeri tutub. Aytac Feyzullayeva (“Gənclik”) ən yaxşı qapıçı, Alina Nəhmədova (“Fidan”) ən yaxşı oyunçu seçilib. “Gənclik” komandasının üzvü Nahidə Məmmədova 76 qolla liqanın bombardiri olub. Pərvin Səfərəliyeva (8 №-li İOEUGİM) “feyr-pley” mükafatına layiq görülüb.
Mükafatları AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Əsgərli, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Zamir Həsənov, futbol veteranı Zaur Ramazanov təqdim ediblər.

Oxşar xəbərlər
Yüksək Liqanın qalibi bəlli oldu - Uğur
Yığmamızın təlim-məşq toplanışı olacaq
Millimizin heyəti açıqlandı - SİYAHI
"Qubek"in futbolçusu milliyə dəvət aldı
“Təhsil” birinci, Alina "ən yaxşı", Ofelya isə bombardir oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası