Neymarın telefonu müsadirə edildi
Braziliya polisi təcavüzdə günahlanıdırılan milli komandanın və Fransa PSJ-sinin futbolçusu Neymarı məhkəməyə çağırıb və onun telefonunu müsadirə edib.
Sportfm.az xəbər verir ki, bunun üçün polis Brazilya millisinin bazasında Neymarın məşqə gələrək, iyunun 7-də məhkəmədə ifadə verəcəyini təsdiqləyən sənədi imzalamasını 45 dəqiqə gözləyib. Braziliya Futbol Konfederasiyası 26 yaşlı futbolçunun növbəti həftə yoldaşlıq görüşündən sonra məhkəməyə gedib ifadə verməsinə dair razılığa gəlib. Polis həmçinin qadının gizli şəkillərini çəkməkdə şübhəli bilinən Neymarın telefonunu da müsadirə edib.
Qeyd edək ki, San-Pauluda bir qadın Neymarın ona təcavüz etdiyini bildirərək futbolçunu polisə şikayət edib. Şikayətçi hadisənin mayın 15-də Parisdəki otellərdən birində olduğunu bildirib.
Oxşar xəbərlər
Dani Alveş saxlanıldı - Təcavüzdə ittiham olunur
“Neymar narkomandır, cəmiyyət üçün təhlükəlidir” - Model
Neymarın təcavüz etdiyi görüntülər yayıldı - VİDEO
Neymarın başı dərddə - Zorlamada günahlandırılır
Neymar zorlamada günahlandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası














Misli Premyer Liqası