Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız Rumıniyada 1 qızıl, 3 bürünc medal qazandı -FOTO
Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.
Sportfm.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb. 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.
Oxşar xəbərlər
Cüdoçularımız Kamerunda qızıl, gümüş və bürünc medallar qazandı - FOTO
Kluj bizim üçün düşərli oldu - 4 medal qazandıq
Cüdoçularımız Polşada 1 qızıl və 1 gümüş medal qazandı
Cüdoçularımız Avropa Kubokunda 7 medal qazandı
Cüdoçularımız 4 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası