reklam
Cüdo üzrə Daşkənd Qran-Prisinin püşkü atıldı
Sportfm.az xəbər saytı

Cüdo üzrə Daşkənd Qran-Prisinin püşkü atıldı


Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb. Sportfm.az xəbər verir ki, oktyabrın 6-8-də keçiriləcək yarışda Azərbaycan yığmasının üzvləri də rəqiblərini tanıyıblar. Püşk Peter Zayzenbaherin yetirmələrinə 15 iştirakçı ölkədən yalnız 3-ünün cüdoçusunu qismət edib. Əgər 11 idmançımızdan birinə Rusiyadan rəqib düşübsə, 5 həmyerlimiz özbəklə, 4 təmsilçimiz qazaxla üz-üzə gələcək. İlk mərhələdən azad olan bir cüdoçumuz isə ikinci mərhələdə məhz Qazaxıstan - Özbəkistan cütünün qalibini gözləyəcək.
60 kq Murad Heydərli - Bauyrxan Javintayev (Qazaxıstan) Tofiq Məmmədov - İslam Yaşyev (Rusiya)  
66 kq İlqar Müşkiyev - Abduljəlil Yusupov (Özbəkistan) Mirelturan Seyidi - Aybek İmaşev (Qazaxıstan)  
73 kq Hidayət Heydərov - Sərvər Şomurodov (Özbəkistan) Müşfiq Orucov - Mirzahid Fərmanov (Özbəkistan)  
81 kq Afiq Səfərli - Arman Maxambetov (Qazaxıstan) Rüfət İsmayılov - Sunnatulla Əzimov (Özbəkistan)  
90 kq Vasif Şərbətli - Əziz Kalkamanuli (Qazaxıstan) Ziya Namazov - Madamin Sevinçov (Özbəkistan)  
100 kq Cəlil Şükürovu - Nikita Azarov (Qazaxıstan)/Erkin Doniyorov (Özbəkistan)  
Qeyd edək ki, yarışa ümumilikdə 139 idmançı (81 kişi, 58 qadın) qatılacaq. 

Oxşar xəbərlər

"Sumqayıt" Özbəkistan klubunu məğlub etdi - Yoxlama oyunu
"Turan" Özbəkistan klubu ilə oynayacaq
Millimizdən beynəlxalq turnirdə 22 medal
9 boksçumuz finala yüksəldi
Bakı-2017: Özbəkistan Kamerunla da bacara bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər