Macarıstan yığmasında itki
Macarıstan yığması Azərbaycan və Uelslə keçirəcəyi Avropa çempionatının seçmə oyunlarından əvvəl futbolçu itkisi ilə üzləşib.
Sportfm.az xəbər verir ki, "Uypeşt" klubunun futbolçusu Donat Joter məşq vaxtı zədələndiyi üçün sıradan çıxıb. 23 yaşlı hücumameylli yarımmüdafiəçi artıq millinin düşərgəsini tərk edib.
Daha 2 zədəli - Tamaş Kadar və Barnabaş Bese isə komanda ilə birgə Bakıya gələcəklər. Bu addım tibbi heyətin daimi işləyərək, onları sağaltması üçün atılıb.
Joter 2018/2019 mövsümündə "Uypeşt"in heyətində "Neftçi"yə qarşı Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (1:3, 4:0) forma geyinib. O, Budapeştdəki qarşılaşmada qollardan birinin müəllifi olub.
Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də "Bakcell Arena"da üz-üzə gələcək. Uelslə qarşılaşma isə iyunun 11-də Budapeştdə olacaq.
Oxşar xəbərlər
Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı - SİYAHI
Yığmamızın rəqibi daha bir futbolçu itkisi ilə üzləşdi
Macarlar Bakıya 19 futbolçu ilə gəlir
"Uypeşt" Bakıya məğlub gəlir
Millimizin heyətində ciddi itki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası