reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan ayrılan futbolçu "Neftçi"yə keçir


"Qarabağ"la yollarını ayıran Yakub Jezniçakın yeni komandası müəyyənləşir. 

Sportfm.az xəbər verir ki, 33 yaşlı müdafiəçi hazırda Polşadadı. 

Ölkəsinin millisinin sabiq üzvü "LKS Lodz"la anlaşmaq üzrədi. Birinci liqada mübarizə aparan komanda sona 1 tur qalmış Ekstraklasaya vəsiqəni təmin edib. 

İndidən gələn mövsümün heyətini qurmağa başlayan "LKS Lodz"un danışıq apardığı futbolçular arasında Jezniçak öndə gəlir.

2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinən Jezniçakın Azərbaycana qayıtması da mümkündü. Belə ki, Roberto Bordin polyak legioneri «Neftçi»yə dəvət edib. 

İtalyan mütəxəssis onunla əlaqə yaradaraq, xidmətində maraqlı olduğunu bildirib.

Oxşar xəbərlər

“Qarabağ”ın sabiq futbolçusuna ağır itki
"Neftçi"nin sabiq baş məşqçisinə yeni təklif - Danışıqlar başladı
"Qarabağ"dan ayrıldı və sevgili tapdı - FOTO
"Qarabağ"ın futbolçusu Polşa klubu ilə müqavilə bağladı
"Qarabağ" da ilk ayrılıq! - Jezniçak gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər