reklam
Millinin hücumçusu
Sportfm.az xəbər saytı

Millinin hücumçusu "Real"da çıxış etmək istəyir


Dünyanın ən bahalı futbolçusu sayılan Kilian Mbappe daha PSJ-də oynamaq istəmir. Fransa milli komandasının heyətində dünya çempionu olan hücumçu Paris klubunun rəhbərliyinə yayda buranı tərk etmək istədiyini bildirib.  

Sportfm.az xəbər verir ki, Mbappe “Real” haqda düşünür. Dünyanın ən bahalı futbolçusu Madrid klubuna keçmək istəyir. Elə “Real”ın baş məşqçisi Zinəddin Zidan da Mbappeni heyətinə cəlb etməyin əleyhinə deyil. Sadəcə, transfer qiyməti yüksəkdir. Mbappeni heyətə cəlb etmək üçün 230 milyon avro ödəmək lazımdır.  Mbappe bu mövsüm klub çərçivəsində keçirdiyi 43 oyunda 39 qol vurub. Hücumçu daha 17 topun vurulmasında pay sahibi olub.

Oxşar xəbərlər

Dünyanın ən bahalı futbolçuları - SİYAHI
Dünyanın ən bahalı "TOP-10"u - SİYAHI
Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir
Mbappe üçün rekord qiymət - İspanlar futbolçunu "tələyə salıb"
Futbol tarixinin ən bahalı transferi reallaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər