reklam
AFFA Yurçeviçlə bağlı qərar verdi
Sportfm.az xəbər saytı

AFFA Yurçeviçlə bağlı qərar verdi


Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

Oxşar xəbərlər

De Byaziyə iradlar bildirdi - AFFA-dan
Yurçeviç istefası ilə bağlı açıqlama verdi
Vaqif Sadıqov: "Yurçeviçlə davam etsək, ..."
AFFA İcraiyyə Komitəsi milli komandaya görə yığışır
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər