reklam
Şahmatçımız növbəti heç-heçəyə imza atdı
Sportfm.az xəbər saytı

Şahmatçımız növbəti heç-heçəyə imza atdı


Rusiyanın Poykovski qəsəbəsində təşkil edilən şahmat üzrə ənənəvi Anatoli Karpov turnirində səkkizinci turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, XII dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis olunan və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmizi Rauf Məmmədov təmsil edir. Ötən turda xorvatiyalı şahmatçı İvan Şariçlə mübarizə aparan idmançımız yeddinci dəfə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnirdə yeddi turdan 3,5 xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq, 2-9-cu yerləri bölüşür.

Raufun növbəti rəqibi rusiyalı şahmatçı Andrey Yesipenkodur.

Oxşar xəbərlər

Rəcəbov rusiyalı şahmatçı ilə bərabərə qaldı
Rauf Məmmədov blits turnirdə iştirak edib
Məmmədov beynəlxalq turnirdə ikinci oldu
Şahmatçımız “Paraçin 2019” turnirində liderdir
Şahmatçılarımız “Aeroflot open” turnirində ilk qələbələrini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər