Tural "Qarabağ"ın heyətində fərqləndi, Ağdam klubu qalib gəldi
2019/2020 mövsümünə hazırlaşan "Qarabağ" Bakıda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama keçirib.
Sportfm.az xəbər verir ki, Ağdam klubu "Azərsun Arena"da "Səbail"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb.
Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq "Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın "Ludoqorets", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq.
15 iyun
Yoxlama oyunu
"Qarabağ" - "Səbail" - 3:1
Qollar: Kintana, Ozobiç, Tural Bayramov - Fəhmin Muradbəyli
Oxşar xəbərlər
"Qarabağ" uduzdu
"Qarabağ"ın ilk sınağı olacaq
Ağdamlılar Avstriyaya yollanır - FOTO
"Qarabağ"ın rəqibləri bəlli oldu
Kintana qol vurdu, "Qarabağ" "Ludoqorets"ə uduzmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu
-
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı - Yoldaşlıq matçı















Misli Premyer Liqası