Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncədə idmançının oğlunu 1 manata görə öldürdülər -FOTO
Gəncə şəhərində qətl hadisəsi baş verib.
Sportfm.az xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektindəki çay evlərinin birində baş verib.
Belə ki, 30-35 yaşlarında olan Elnur Alıyev mübahisə zəminində bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Onu bıçaqlayan şəxs ərazidən yayınıb.
Hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır. E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.
Oxşar xəbərlər
İdman zalında qətl törədən tanınmış məşqçinin oğludur - YENİLƏNİB
Bakıda federasiyanın sürücüsü öldürüldü - FOTO
Millinin üzvü qətlə yetirildi
Sumqayıtda 4 idmançı bıçaqlandı - Kütləvi davada
Azərbaycan çempionunu əlbəyaxa davada bıçaqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası