reklam
Füzuli Musayev vitse–prezident seçildi
Sportfm.az xəbər saytı

Füzuli Musayev vitse–prezident seçildi


İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda Azərbaycan Ciu–Citsu Federasiyasının idarə heyətinin iclası olub.

Sportfm.az xəbər verir ki, federasiyanın prezidenti Mirəli Seyidov çıxışında hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin və əməkdaşlığın yaradılması, bu orqanlarda peşə hazırlığının tərkib hissəsi olan xidməti–tətbiqi idman növlərinin inkişaf etdirilməsi və beynəlxalq miqyaslı tədbirlərdə layiqincə təmsil olunması məqsədilə müvafiq departamentin yaradılması məsələləri müzakirə edilib.

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev federasiyanın vitse–prezidenti vəzifəsinə namizədliyi təklif olunub.

Səsvermə nəticəsində F.Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti və yeni yaradılan departamentin rəhbəri seçilib.

Oxşar xəbərlər

Karate Federasiyasına yeni prezident təyin olundu
Azərbaycan Badminton Federasiyasına yeni prezident seçildi - Təyinat
Füzuli Musayev yeni assosiasiyanın prezidenti oldu
5 il müddətinə yenidən prezident seçildi - FOTO
Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər