İllik 10,6 milyon avro qazanacaq
İtaliyanın “İnter” klubunun İngiltərənin “Mançester Yunayted” komandasından transfer etmək istədiyi Romelu Lukakun illik məvacibi açıqlanıb.
Sportfm.az xəbər verir ki, belçikalı futbolçu illik 10,6 milyon avro qazanc əldə edəcək. Transferin iyunun 25-də rəsmi açıqlanması gözlənilir.
Lukaku 2017-ci ildə “Everton” klubundan 84,5 milyon avroya və beşillik müqavilə ilə “qırmızı şeytan”ın heyətinə keçib. O, “Mançester Yunayted”in heyətində 45 oyun keçirib 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
İyirmi altı yaşlı hücumçu Belçika millisi ilə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc mükafatçısıdır. Romelu millidə 81 oyuna 48 qol vurub. O, həmçinin Belçika millisinin tarixində ən çox qol vuran futbolçudur.
Oxşar xəbərlər
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
2021-ci ilin ən bahalı transferləri - SİYAHI
Romelu Lukaku "Çelsi"də - RƏSMİ
“Mançester Yunayted” üçün yeni sponsor - RƏSMİ
Dünyanın ən bahalı futbolçularının adları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası