“Minsk 2019”: Bu gün 14 dəst medal sahibini tapacaq
Bu gün “Minsk 2019” II Avropa Oyunlarında daha 14 dəst medal sahibini tapacaq.
Sportfm.az xəbər verir ki, dördüncü yarış günündə basketbol, cüdo, gimnastikanın aerobika və batut, atıcılığın stend və güllə atıcılığı növlərində çempion və mükafatçılar bəlli olacaq.
Azərbaycan idmançıları cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışlarda mübarizə aparacaq. Ölkəni fərdi yarışlarda 9 idmançı təmsil edəcək.
Cüdo
Kişilər
11:30. 90 kq, 1/16 final
Məmmədəli Mehdiyev – Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi
11:30. 100 kq, 1/16 final
Elmar Qasımov – Anton Savitki (Ukrayna)
11:30. 100 kq, 1/16 final
Zelim Kotsoyev – Boyan Dosen (Serbiya)
11:30. +100 kq, 1/8 final
Uşanqi Kokauri – Vinçentso Darko (İtaliya)-Vito Draqiç (Sloveniya) cütünün qalibi
Qadınlar
11:30. +78 kq, 1/8 final
İrina Kindzerska – Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi
Boks
Kişilər
15:00. 56 kq, 1/8 final
Tayfur Əliyev - Nikola Butsenko (Ukrayna)
19:30. 52 kq, 1/8 final
Məsud Yusifzadə - Dmitri Zamotayev (Ukrayna)
20:30. 69 kq, 1/8 final
Lorenso Sotomayor - Adem Fetahoviç (Bosniya və Herseqovina)
Qadınlar
17:30. 69 kq, 1/8 final
Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)
Badminton
Kişilər, qrup mərhələsi
G qrupu, I tur
16:00. Azmi Qovumuramadhoni - Kollinz Valentin Filimon (Rumıniya)
Batut gimnastikası
Kişilər, sinxron hərəkətlər
19:50. Ruslan Ağamirov-İlya Qrişunin
Qeyd edək ki, hesabından 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir.
Medal sıralamasına 19 qızıl, 10 gümüş və 10 bürünclə Rusiya komandası başçılıq edir.
Oxşar xəbərlər
"Minsk 2019": Bu gün qadın güləşçilər mübarizəyə qoşulacaq
"Minsk 2019": Bu gün 10 idmançımız medal görüşlərinə çıxacaq
"Minsk 2019": Sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaq
Üçüncü yarış günündə 7 növ üzrə 37 dəst medal oynanılacaq
Yığmamız Almaniyadan qızıl medalla dönür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası