reklam
Rafael Ağayev II Avropa Oyunlarını gümüş medalla başa vurdu
Sportfm.az xəbər saytı

Rafael Ağayev II Avropa Oyunlarını gümüş medalla başa vurdu


İyunun 30-da "Minsk 2019" ikinci Avropa Oyunlarında karate yarışlarının sonuncu görüşündə Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.

Sportfm.az xəbər verir ki, görüşdə məğlub olan R.Ağayev ikinci Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb. Bu, Azərbaycan millisinin "Minsk 2019"da 28-ci medalı olub. Bu medalların 5-i qızıl, 10-u gümüş, 23-ü isə bürüncdür.

R.Ağayev qrup mərhələsindəki birinci görüşdə britaniyalı Co Kellaueyi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci qarşılaşmada türkiyəli Erman Eltemuru minimal hesabla məğlub edən karateçimiz sonuncu görüşdə macarıstanlı Qabor Harspataki ilə xalsız heç-heçə edib. Bununla da qrupu birinci sırada başa vuraraq yarımfinala yüksələn R.Ağayev finala vəsiqə uğrunda qarşılaşmada estoniyalı Pavel Artamonova 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, beşqat dünya, onqat Avropa çempionu olan Rəfael Ağayev iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.

Oxşar xəbərlər

Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
Rafael Ağayev ABŞ idmançısı məğlub etdi - FOTO
Karateçimiz yarımfinalda macarıstanlı idmançı ilə qarşılaşacaq - Tokio-2020
Rafael Ağayev finalda məğlub oldu
"Brilyant oğlan" qızıl qazandı!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər