reklam
Ailton
Sportfm.az xəbər saytı

Ailton "Qarabağ"a gəlir -FOTO


“Qarabağ” yay fasiləsində ikinci transferinə hazırlaşır. 

Sportfm.az xəbər verir ki, bir müddətdi Ağdam təmsilçisi ilə danışıq aparan “Ştutqart”ın müdafiəçisi Ailton Silva bu gün klubun düşərgəsinə qoşulacaq. 

Braziliyalı futbolçu tibbi müyinədən keçdikdən sonra müqaviləyə imza atacaq. 

“Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. 

“Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub.  

2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib. 

"Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib 

 

Oxşar xəbərlər

"Neftçi"nin növbəti transferi - VİDEO
"Ştutqart" "Qarabağ"dan ayrılan futbolçunu istəmir
II turun rəmzi komandası məlum oldu - FOTO
"Ştutqart"ın futbolçusu rəsmən "Qarabağ"da - FOTO
"Qarabağ"ın daha bir futbolçusu "Sumqayıt"da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər