reklam
Sportfm.az xəbər saytı

"Ufa" azərbaycanlı futbolçu aldı -FOTO


Rusiyanın "Ufa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, Başqırdıstanın Premyer Liqadakı təmsilçisi Moskva "Spartak"ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmır.

Əslən Naxçıvan şəhərindən olan, Azərbaycanda dünyaya gələn Möhbalıyev Rusiya vətəndaşlığına malikdir. O, bu ölkənin 19 yaşlılardan ibarət komandasının da əsas üzvüdür. Turqayın hər iki valideyni azərbaycanlıdır.

Son altı ili "Spartak"da keçirən Turqay geridə qalan mövsümdə Moskva klubunun gənclərdən ibarət komandasında 28 oyuna çıxıb, 2 qola imza atıb. O, Rusiya U-19 yığmasının heyətində 4 oyun keçirib.

Xatırladaq ki, "Ufa"nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.

Oxşar xəbərlər

"Spartak"da yeni baş məşqçi - Detalları açıqlanmadı
Azərbaycanlı futbolçu "Spartak"ı tərk etdi - Müqaviləyə xitam verildi
Azərbaycanlı futbolçu Moskva klubuna yollanır?
Süleymanov millimizdə oynamaqdan imtina etdi
Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər