Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Araz" böyükhesablı qələbə qazanıb
Azərbaycan çempionu "Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib. Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Gürcüstanın "Tiflis Dövlət Universiteti" komandası ilə qarşılaşıb. Qarşılaşma "Araz”ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Araz" – Tiflis Dövlət Universiteti (Gürcüstan) - 7:1
Qollar: Everton Kardozo, 4 (1:0), 12 (2:0), Sozaşvili, 24 (2:1), Vasura, 30 (3:1), 36 (4:1), Bolinya, 38 (5:1), 39 (6:1), Xətai Bağırov, 39 (7:1)
Təmsilçimiz növbəti oyununu oktyabrın 12-də, Bakı vaxtı ilə saat 19:30-da Kosovanın "Feniks” komandasına qarşı keçirəcək
Oxşar xəbərlər
Futzalçılarımız mübarizəni erkən dayandırdı
“Araz” ilk oyunda uduzdu
“Araz” bu gün ilk oyununa çıxacaq
"Araz" 15 qolla qalib gəldi
"Araz"dan ikinci qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası