reklam
Cüdoçumuz Macarıstanda bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

Cüdoçumuz Macarıstanda bürünc medal qazandı -FOTO


Azərbaycan cüdoçusu Telman Vəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Qran-pridə bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.

Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt Qran-prisində fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

Oxşar xəbərlər

Elcan Hacıyev qran-pridə “bürünc” qazandı
Daha bir cüdoçumuz Qran-pridə medal qazandı
Rüstəm Orucovdan əsgər salamlı zəfər - FOTO
Azərbaycan cüdoçusu Kindzerska Qran-pridə medal qazandı
Budapeşt Qran-Prisində daha iki cüdoçumuz mübarizəyə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər