Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin sabiq futbolçusu Ermənistan klubuna məşqçi getdi
"Neftçi" və "Bakı"nın sabiq yarımmüdafiəçisi Vadim Borets məşqçi karyerasını Ermənistanda davam etdirəcək.
Sportfm.az xəbər verir ki, moldovalı mütəxəssis yüksək liqa təmsilçisi "Noa" klubunda çalışacaq. 42 yaşlı məşqçi komandanın çalışdırıcısı İqor Pikuşakın köməkçisi olacaq. Hər iki mütəxəssislə bir illik müqavilə imzalanıb.
2017-ci ildən fəaliyyət göstərən "Noa"nın öncəki adı "Artsax" olub.
Borets 2005-2008-ci illərdə "Neftçi"də, 2008-2012-ci illərdə isə "Bakı"da çıxış edib. Moldova millisinin üzvü karyerasını "Bakı"da başa vurmuşdu.
Oxşar xəbərlər
“Qarabağ”ın sabiq futbolçusu məşqçi oldu
Kompani futboldan getdi - Məşqçi oldu
"Neftçi"nin sabiq futbolçusu Hindistanda
Azərbaycanlı futbolçu Starkovun yanına getdi
"Neftçi"nin sabiq futbolçusu İndoneziyada - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası