"Şüvəlan"dan "Zirə"yə texniki dəstək gəldi
2018/2019 mövsümündə I Divizionda çıxış etmiş "Şüvəlan" klubu fəaliyyətini dayandırması bağlı bəyanat yayıb.
Sportfm.az qəsəbə təmsilçisinin bəyanatını təqdim edir:
"Uzun illərdən bəri Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən Şüvəlan Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətlərlə Azərbaycan futboluna töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub. Buna baxmayaraq, son zamanlar Premyer Liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən, “Şüvəlan”da səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” və klub rəhbərliyi arasında məsləhətləşmələr aparılıb. Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klubla təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olunması qərara alınıb".
Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir. Bu baxımdan “Şüvəlan” Futbol Klubu mövcud maddi-texniki təminat və infrastrukturla “Zirə” Futbol Klubuna dəstək olacaq. Eyni zamanda “Silk Way” “Zirə” Futbol Klubuna sponsorluğunu davam etdirəcəyini bəyan edib.
Oxşar xəbərlər
"Səbail" texniki məğlubiyyət aldı
I Divizionda yeni mövsümün - TƏQVİMİ
İmişli klubu heyətinə adı protokolda olmayan futbolçu saldı - 0:3 hesablı texniki məğlubiyyət aldı
Şüvəlan qəsəbəsinin azarkeş "kütləsi" və ya AZAL-ın "siçan-pişik" oyunu!
AZAL fəaliyyətini dayandırdı - BƏYANAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası