reklam
Veteran cüdoçu yeddiqat Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Veteran cüdoçu yeddiqat Avropa çempionu oldu


İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir. 

Sportfm.az xəbər verir ki, yarışın ilk günlərində Azərbaycan cüdoçuları 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Fərhad Rəcəbli və Mübariz Cəfərov bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar. 

Bu, F.Rəcəblinin usta cüdoçular arasında 7-ci Avropa çempionluğudur. Cüdoçularımız Yamən Fətiyev və Müşfiq Cəfərov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Daha bir cüdoçumuz Babək Hacıyev İspaniyada bürünc medal qazanıb. 

Xatırladaq ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparır.

Oxşar xəbərlər

Usta cüdoçularımızdan 15 medal - Dünya çempionatı
Veteran cüdoçulardan daha 3 medal - Dünya çempionatı
Cüdoçumuz doqquzuncu dəfə dünya çempionu oldu - FOTO
Veteran cüdoçumuz 8 qat dünya çempionu oldu
Şotlandiyadan 14 medalla

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər