Hemilton təsnifat mərhələsinin qalibi oldu
"Mercedes" komandasının pilotu və ümumi hesabda lider olan britaniyalı Lüis Hemilton "Formula 1" maşınları sinifli avtomobil yarışları üzrə dünya çempionatının 11-ci mərhələsi - Almaniya Qran-prisinin təsnifatında ən yaxşı nəticə göstərib.
Sportfm.az xəbər verir ki, 34 yaşlı britaniyalı ən yaxşı dairəsini 1 dəqiqə 11,767 saniyəyə keçib və bununla mövsümdə dördüncü poul- mövqeyini (karyerasında 87-ci) qazanıb.
"Ferrari"nin alman pilotu Sebastyan Fettel mühərrikin gücünü itirməsi səbəbindən sonuncu - 20-ci yeri tutub.
"Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen ikinci (+0,346), Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas (+0,362) üçüncü olub.
Almaniya Qran-prisi iyulun 28-də keçiriləcək.
Oxşar xəbərlər
Hemilton İspaniya Qran Prisinin qalibi oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
“Mercedes”in pilotu Yaponiya Qran-Prisinin qalibi oldu
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu
Fettel yenə öndədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku















Misli Premyer Liqası