Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt" Super Liqa klubu ilə heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.
Sportfm.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Super Liqaya vəsiqə qazanan "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin qolunu 46-cı dəqiqədə Amil Yunanov vurub.
Qeyd edək ki, "Sumqayıt" daha öncə Rumıniyanın "Petrolul" klubu ilə heç-heçə (2:2) edib. Komanda Türkmənistanın "Ahal" kollektivinə 1:0 hesabı ilə qalib gəlib və Türkiyənin "Diyarbekirspor" komandasına eyni hesabla uduzub.
Oxşar xəbərlər
"Sumqayıt" - "Diyarbekirspor" 0:1 - VİDEO
"Sumqayıt" Türkiyə klubuna məğlub oldu
"Sumqayıt" Türkiyədə qalib gəldi
Rumınlar komandamıza qalib gələ bilmədi
"Sumqayıt" Qazaxıstan klubu ilə heç-heçə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası