reklam
Ronaldinyoya qadağa qoyuldu -
Sportfm.az xəbər saytı

Ronaldinyoya qadağa qoyuldu -Ölkədən çıxa bilməyəcək


Məhkəmə Braziliya millisinin sabiq üzvü Ronaldinyonun əleyhinə qərar çıxarıb. 
Sportfm.az xəbər verir ki, borclarına görə əfsanəvi futbolçunun bir neçə əmlakının fəaliyyəti məhdudlaşdırılıb. Braziliya məhkəməsi onun ölkədən çıxışına da qadağa qoyub. 39 yaşlı veteran futbolçunun 57 daşınmaz obyektinin fəaliyyəti dondurulub.

Qeyd edək ki, Ronaldinyo Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. O, yığma ilə 2002-ci il dünya çempionatının qalibi olub. Ulduz oyunçu Avropada PSJ, "Barselona" və "Milan"da çıxış edib. "Qızıl top" mükafatına bir dəfə sahib olan Ronaldinyo son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib.

Oxşar xəbərlər

Ronaldinyo həbsdə qalacaq - Məhkəmə qərarını dəyişmədi
Ronaldinyo azadlığa buraxılmadı
Ronaldinyo sərbəst buraxıldı
Ronaldinyonun pasportuna həbs qoyuldu
Əfsanəvi futbolçu karyerasını başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər