reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" Türkiyə toplanışını başa vurdu


2019/2020 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. 

Sportfm.az xəbər verir ki, iyulun 18-dən etibarən Ankaranın Kızılcahamam bölgəsində yerləşən komanda Türkiyə hazırlığını bu gün səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb.

Qeyd edək ki, "Sumqayıt" bu gecə saat 23:40-da paytaxt Ankaradan Bakıya yola düşəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2 günlük istirahətin ardından 5 avqust tarixində Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək. Hazırda Premyer Liqa təmsilçilərindən "Keşlə", "Zirə" və "Sabah" Türkiyədə toplanışdadır.

Oxşar xəbərlər

"Kəpəz" yenə uduzdu - Hazırlıq matçı
"Sumqayıt" Türkiyədə 3 komanda ilə qarşılaşacaq
Yığmamızın baş məşqçisi "Sumqayıt"ın düşərgəsində - FOTO
"Sumqayıt" “Akhisarspor” ilə qarşılaşacaq
Nazim Süleymanov fitnesi seçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər