Mahirin atasından gözlənilməz jest -Oğlunun vurduğu qolu paylaşdı
25 illik həyat yoldaşı Elnurə xanımdan ayrılaraq ikinci dəfə ailə həyatı quran prodüser Anar Mədətov, ondan üz döndərən oğluna İnstaqram-da jest edib.
Sportfm.az xəbər verir ki, prodüser ikinci dəfə ailə qurduğu üçün ata soyadıından imtina edən "Qarabağ"ın və millinin futbolçusu Mahir Emrelinin dünən "Apoel"ə vurduğu qolun videosunu paylaşıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi "Apoel"ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.
Xatırladaq ki, A.Mədətov birinci xanımı Elnurə Mədətova ilə boşanıb. O, artıq özünə yeni həyat yoldaşı da tapıb. Atasının yenidən ailə qurmasını istəməyən Azərbaycan millisinin və "Qarabağ" klubunun üzvü Mahir Emreli ata soyadından və adından imtina etdiyini açıqlayıb.(milli.az)
Oxşar xəbərlər
Mahir Emrelini məhkəməyə verdilər
Atası Mahir Əmrəlini belə təbrik etdi - VİDEO
Mahir Əmrəli: "Burada olan hər kəs üçün bu, sirr deyil" - VİDEO
Mahir Əmrəli artıq tək deyil...
Əməkdar artist Mahir Mədətovun atasına səsləndi: "Bir adamın vicdanına..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi















Misli Premyer Liqası