reklam
Sportfm.az xəbər saytı

"Bney Yehuda"nın futbolçusuna Bakı xəstəxanasında sınıq diaqnozu qoyuldu -FOTO


Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" ciddi itki ilə üzləşib.

Sportfm.az xəbər verir ki, İsrail klubunun  müdafiəçisi Paz Ben Ari sıradan çıxıb.
Matçın son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.
Mərkəz müdafiəçisi qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Ben Ari İsrailə döndükdən sonra növbəti dəfə tibbi testlərdən keçəcək və onun son durumu məlum olacaq.
Xatırladaq ki, "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesabı ilə başa çatıb. Komandalar avqustun 15-də İsraildə cavab oyununa çıxacaq.

Oxşar xəbərlər

"Neftçi" "Bney Yehuda"ya qarşı - YENİLƏNİR
"Neftçi" "Bney Yehuda"ya qarşı - YENİLƏNİR
""Neftçi"ni keçərik" - "Bney Yehuda"nın müdafiəçisi
"Neftçi" İsrail klubunu keçərsə... pley-offdakı yeni potensial rəqibləri
"Neftçi" - "Bney Yehuda" matçının hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər