reklam
Sportfm.az xəbər saytı

"Trabzonspor" millimizin sabiq futbolçusunu icarəyə verdi


Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib.

Sportfm.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bir il ərzində ölkənin səviyyəcə üçüncü liqasında çıxış edən "Hekimoğlu Trabzon"da mübarizə aparacaq.

Qeyd edək ki, Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib. Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub.

“Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən oyunçu 2018/2019 mövsümündə Türkiyə Super Liqasında 6 oyuna 1 qolla yadda qalıb.

Oxşar xəbərlər

“Trabzonspor” oyunçusunu icarəyə verdi
Flavio Trabzondan getdi - İcarəyə
Millimzin sabiq futbolçusu "Kocaelispor"da - İcarə
Ndiaye Türkiyəyə qayıtdı - "Trabzonspor"da çıxış edəcək
Millimizin futbolçusu Avstriya klubu ilə anlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər