reklam
Sportfm.az xəbər saytı

"Mançester Yunayted"in futbolçusundan "Qarabağ"a vurulan qola reaksiya -FOTO


Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" evdə ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi APOEL-ə uduzaraq (0:2) mübarizəni dayandırdı.

Sportfm.az xəbər verir ki, qarşılaşmada APOEL-i pley-off mərhələsinə yüksəldən qolu Nikosiya təmsilçisinin yarımmüdafiəçisi Uroş Matiç imza atıb.

29 yaşlı serbiyalı yarımmüdafiəçi "Mançester Yunayted"in ulduz futbolçusu Nemanya Matiçin kiçik qardaşıdır. Serbiya yığmasının üzvü "Qarabağ"a qol vuran futbolçunu "instagram" hesabında təbrik edib. "Səninlə fəxr edirəm, qardaşım", sözlərini yazan 31 yaşlı futbolçu hekayə bölməsində paylaşım edib.

APOEL Matiçi "Kopenhagen"dən icarəyə götürüb.

 

Oxşar xəbərlər

"Qarabağ"da ayrılıq - Uroş Matiçi göndərdi
"Qarabağ"ın yeni transferi ulduz futbolçuların sırasında
"Mançester Yunayted"in futbolçusu "Qarabağ"ın transferindən yazdı - Reaksiya
Matiç “Qarabağ”da - RƏSMİ
Matiç "Qarabağ"da - Transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər