reklam
Azərbaycanı ailəsinə görə tərk etdi!
Sportfm.az xəbər saytı

Azərbaycanı ailəsinə görə tərk etdi!


Ukrayna millisinin sabiq futbolçu Marko Deviçin “Sabah”dan ayrılmasının səbəbi bəlli olub. 

Sportfm.az xəbər verir ki, 36 yaşlı hücumçu rəhbərliyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar paytaxt təmsilçisindən ayrılmaq  istədiyini deyib. O, Serbiyanın paytaxtı Belqradda ailəsinin yanında qalmaq istədiyini bildirib. 

“Sabah klubu serb əsilli təcrübəli forvardın istəyinə müsbət cavab verib. Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Deviç “Sabah”ın Azərbaycan Premyer Liqasındakı ilk qolunun müəllifidir. Forvard 2018/19 mövsümündə komandanın ən sərrast futbolçusu olub (21 oyun, 8 qol).

Oxşar xəbərlər

"Sabah" legioneri ilə müqaviləni pozdu - Premyer Liqa
"Sabah"ın Deviçlə "qaçdı-tutdu oyunu" bitdi - RƏSMİ
"Sabah"ın "qol silahı" karyerasını bitirir
Marko Deviç yenidən Azərbaycana qayıdası oldu - FOTO
Deviçin yeni klubu bəlli oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər