reklam
Azərbaycanlı gənc idmançı Rusiyada faciəvi şəkildə öldü -
Sportfm.az xəbər saytı

Azərbaycanlı gənc idmançı Rusiyada faciəvi şəkildə öldü -FOTO


Rusiyada azərbaycanlı gənc idmançı faciəli şəkildə həlak olub.

Sportfm.az xəbər verir ki, Həzrət Hüseynov adlı qaydasız döyüş üzrə dəfələrlə Sankt-Peterburq çempionu olan gənc Rusiya Ordusunda hərbi xidmət keçirmiş. Orduda “Ural” markalı avtomobilin sürücüsü olan azərbaycanlı dostuna yardım edərkən yoldan keçən yük maşının altında qalıb. 

Həzrət Hüseynov aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. Mərhumun dostu İbrahim Quliyevin sözlərinə görə Həzrət Hüseynovun vətənində ya yaşadığı Sankt-Peterburq şəhərində dəfn ediləcəyi hələ müəyyənləşməyib. O, ölüm faktı ilə bağlı ekspertizanın keçirildiyini deyib və yalnız bundan sonra cəsədi təhvil alacaqlarını sözlərinə əlavə edib.
Qeyd edək ki, Hüseynov Həzrət Rafiq oğlu 1998-ci il martın 26-da Azərbaycanın Xaçmaz rayonunda anadan olub. O qaydasız döyüş üzrə idman ustası idi.

Oxşar xəbərlər

Azərbaycanlı idmançı itkin düşdü - Ukraynada
Azərbaycanlı döyüşçü Rusiyada rinqə çıxır - ACA-120 turniri
İdmançı Bakıda faciəvi şəkildə öldü - FOTO
Boksçu müsəlman adətləri ilə dəfn edildi - FOTO
Çempion qız faciəvi şəkildə öldü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər