reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" - "Sumqayıt": 30-cu duel


Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk turu çərçivəsində daha bir oyun keçiriləcək. “Qəbələ”  öz meydanında “Sumqayıt”la qarşılaşacaq. 

Maraqlıdı ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda “Qəbələ” qələbə qazanıb. 

Sportfm.az xəbər verir ki, ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan qəbələlilər 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən meydan sahibləri Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendidi – o, rəqib qapısına 7 qol vurub. 

Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 3 dəfə uduzub. Top fərqi – 47:21. 

15-ci dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan komanda 11 qələbə qazanıb, 3 heç-heçə etdiyi görüşlərin top fərqində də öndədi – 26:7.

 

Oxşar xəbərlər

"Sumqayıt"la "Qəbələ"nin 44-cü dueli
"Qəbələ" - "Sumqayıt": 33-cü duel
31-ci dueldən kim qalib ayrılacaq?
“Qəbələ”nin “Sumqayıt”la 26-cı qarşılaşması
"Qəbələ" "Səbail"lə 7-ci duelinə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər